Baş xəbərSosial

BMT Modeli Simulyasiyası Konfransına müraciətlər açıq elan edildi

Bugun.tv-nin Gənclər və İdman Nazirliyindən verilən xəbərə görə, mayın 10-12-də ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Diplomatiya Həftəsi” keçiriləcək.

Bildirilib ki, tədbir çərçivəsində ADAMUN (Model United Nations) klub tərəfindən təşkil olunan BMT Modeli Simulyasiyası Konfransına müraciətləri açıq elan edilib.

Konfrans tələbələrə müxtəlif ölkələri təmsil edərək dünyanın aktual problemlərinə qarşı həll yolları təklif etmək imkanı verir. Bütün universitetlərin tələbələri konfransda iştirak edə bilərlər.

Komitələr və mövzular:

• Tarixi Təhlükəsizlik Şurası: əsrin Müqaviləsi;

• BMT-nin Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi: immiqrantların iqtisadi təsiri və ətraf mühitlə yerdəyişməsi və miqrasiyanın siyasi sabitliyə təsiri;

• BMT-NİN Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı: silahlı münaqişə bölgələrində qida təhlükəsizliyinin təminatı;

Konfrans zamanı iştirakçılar müxtəlif ölkələri təmsil edərək mövzu üzrə müzakirə və debatlar aparacaq, problemə həll yolları təklif edərək qətnamələr hazırlayacaqlar.

Həmçinin qeyd edilib ki, konfrans ingilis dilində keçiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu