13 C
Baku
20 Aprel 2026, 18:32
Digər

Ayda yanğın riski Yerə nisbətən daha yüksək ola bilər — NASA yeni təcrübə hazırlayır

Gələcək Ay missiyalarında yanğın riski Yer şəraitindən daha fərqli və təhlükəli ola bilər.

ABŞ-ın kosmik agentliyi NASA bu riski araşdırmaq üçün aşağı cazibə şəraitində yanmanın necə baş verdiyini öyrənəcək xüsusi eksperimentə hazırlaşır.

Mütəxəssislərin sözlərinə görə, Yer üzündə istifadə olunan standart yanma testləri kosmosdakı real şəraiti tam əks etdirmir. Hazırda materialların alışma qabiliyyəti NASA‑STD‑6001B testi ilə yoxlanılır. Bu test zamanı materialın aşağı hissəsinə alov tutulur və onun necə yandığı müşahidə edilir. Lakin bu üsul kosmos və ya Ay mühitində baş verə biləcək prosesləri tam əhatə etmir.

Araşdırmalar göstərir ki, mikroqravitasiya şəraitində, məsələn International Space Station (Beynəlxalq Kosmik Stansiya) üzərində alov Yer üzündəki kimi “yuxarı qalxmır”, əksinə, sferik formada yayılır və daha yavaş yanır. Bu zaman alov ventilyasiya axınından qidalanır və hava axını dayandırılsa belə, tam sönmür, sadəcə zəifləyir.

Daha əvvəl NASA pilotsuz Cygnus spacecraft kapsulunda Saffire adlı sınaqlar keçirib. Bu testlər zamanı pambıq, şüşə lif, akril və müxtəlif parçalar yandırılıb və nəticələr Yer standartları ilə real kosmik yanma davranışı arasında ciddi fərqlər olduğunu göstərib.

Ay, NASA

İndi isə alimlər Ayda yeni FM2 eksperimentini həyata keçirməyi planlaşdırırlar. Bu layihə Commercial Lunar Payload Services proqramı çərçivəsində icra olunacaq. Ayın cazibəsi daha zəif olduğu üçün qazların hərəkəti və oksigenin alova çatması fərqli olacaq. Bu isə Yer üzündə çətin alışan materialların belə Ayda daha uzun müddət yanmasına səbəb ola bilər.

Eksperiment zamanı xüsusi kamerada dörd nümunə yanacaq materialı yandırılacaq və proses kameralar, radiometrlər və oksigen sensorları vasitəsilə izlənəcək. Bu, alimlərə Ay şəraitində alovun davranışı barədə ilk uzunmüddətli məlumatları əldə etməyə imkan verəcək.

Mütəxəssislər hesab edir ki, əldə olunacaq nəticələr gələcək insanlı kosmik missiyalarda təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsi üçün mühüm rol oynaya bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kremlin sözçüsü Dmitriy Peskov: ABŞ – İran danışıqlarının davam edəcəyinə ümid edirik

Aynur Camal

Nikol Paşinyan: “Qarabağ məsələsini bağlayırıq”

Aynur Camal

Məhəmməd Əsədullazadə: İslamabadda ikinci raund danışıqlar regionda gərgin fon yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu