Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın Pakistana hücumlarını pisləyib və Pakistan xalqı ilə həmrəy olduğunu bildirib. Nazirlik açıqlamasında Hindistan və Pakistan arasında gərginliyin daha da artmasından narahat olduğunu bildirib.
“Biz Pakistana qarşı mülki əhalinin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olduğumuzu bildirir, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.
Hindistanın Pakistana hücumu
Hindistan aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirib.
Hindistan ordusu “terror strukturları” olaraq xarakterizə etdiyi 9 hədəfi vurduğunu açıqlasa da, İslamabad rəhbərliyi hücumlarda 6 mülki məntəqənin hədəf alındığını və 26 nəfərin həyatını itirdiyini açıqlayıb.
Pakistan ordusu Hindistanın hücumu zamanı 5 döyüş təyyarəsini vurduğunu açıqlasa da, Yeni Dehli administrasiyası bunu təsdiqləməyib.
Mənbə: TrtHaber