Digər

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gəlib

Bugun.Tv-xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.

Dövlət başçısı səfər çərçivəsində 5-ci Antalya Diplomatiya Forumunda iştirak edəcək.

Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu beynəlxalq münasibətlər, regional təhlükəsizlik və qlobal əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri hesab olunur.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu