Baş xəbərTexnologiya

Azərbaycanlı mütəxəssislər Çində keçirilən “Jetour” təlimini uğurla başa vurdular

Azərbaycanlı avtomobil mütəxəssisləri Çində “Jetour” markalı avtomobillərin satış sonrası xidmətinə həsr olunmuş beynəlxalq texniki təlim proqramını uğurla başa vurublar.

Bugun.tv xəbər verir ki, təlimdə iştirak edən Nahid Həşimov və Şahin Hüseynov yüksək nəticə göstərərək xüsusi sertifikatlarla təltif ediliblər.

Bildirilib ki, təlim proqramı “Jetour” avtomobillərinin satış sonrası texniki xidməti, diaqnostikası, nasazlıqların aradan qaldırılması və müasir servis standartlarını əhatə edib. İştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərdə də peşəkarlıqlarını nümayiş etdiriblər.

Təlimi uğurla başa vuran mütəxəssislər əldə etdikləri bilik və bacarıqların Azərbaycanda “Jetour” markalı avtomobillərə göstərilən servis xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verəcəyini bildiriblər.

Nahid Həşimov qeyd edib ki, keçirilən kurs onların peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

“Bu kurs bizim üçün çox məhsuldar keçdi. Əldə etdiyimiz biliklər avtomobillərin satışı və xidməti sahəsində peşəkarlığımızı daha da artırmağa kömək edəcək. Çindəki mütəxəssislərlə təcrübə mübadiləsi bizim üçün çox qiymətli oldu”, – deyə o bildirib.

Qeyd edək ki, beynəlxalq təlim proqramının məqsədi avtomobil servis sahəsində çalışan mütəxəssislərin peşəkar hazırlığını artırmaq və xidmət keyfiyyətini beynəlxalq standartlara uyğun inkişaf etdirməkdir. Azərbaycanlı iştirakçıların yüksək nəticə göstərərək sertifikatlarla təltif olunması ölkəmizin avtomobil servis sahəsində çalışan mütəxəssislərinin peşəkar potensialının daha bir göstəricisi kimi qiymətləndirilir.

Aynur Camal

Oxşar xəbərlər

NASA 500 dəfə daha sürətli kosmik prosessoru sınaqdan keçirir

Aynur Camal

Meta məhkəməni uduzarsa, Instagram və Facebook ciddi şəkildə dəyişə bilər

Aynur Camal

Vüqar Bayramov: “Dövlət auditi” informasiya sistemi şəffaflığı artıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu