Image default
Baş xəbər

Azərbaycanlı tədqiqatçı-alim xaricdə mükafatla təltif olundu

Bugun.tv xəbər verir ki, Misir–Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri, Qahirə Universitetinin müəllimi, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov elm və təhsil sahəsində uzunmüddətli fəaliyyətinə görə əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif edilib.

Seymur Nəsirova təhsil sahəsində 25 ildən artıq davam edən fəaliyyəti, eləcə də müxtəlif ölkələrdən olan tələbələrə göstərdiyi dəstəyə görə Tələbələr Birliyinin təşəkkürnaməsi və xatirə plaketi təqdim olunub.

Qeyd edək ki, azərbaycanlı alim bu barədə öz sosial media hesabında paylaşım edib.

Təqdimetmə mərasimində çıxış edən Birliyin sədri Məhəmməd Kausər Camal qeyd edib ki, Seymur Nəsirov elmi, mədəni və sosial layihələri ilə minlərlə gəncin təhsilinə və inkişafına mühüm töhfə verib.

Təltif münasibətilə fikirlərini bölüşən Seymur Nəsirov göstərilən etimada görə təşəkkürünü bildirərək vurğulayıb ki, bu mükafat onun üçün daha böyük məsuliyyət deməkdir və təhsilə xidmət edən insanlara verilən dəyərin bariz nümunəsidir.

Qeyd edək ki, Seymur Nəsirovun rəhbərlik etdiyi təhsil proqramlarından hazırda 61 ölkədən 670-dən çox tələbə faydalanır. Bu proqramlar çərçivəsində Qurani-Kərimin qiraəti, ərəb dili və ədəbiyyatı, xəttatlıq, Azərbaycan və ingilis dilləri, xalçaçılıq, musiqi məqamları, eləcə də uşaqlar üçün oxu və yazı üzrə müxtəlif ödənişsiz kurslar təşkil olunur.

Xatırladaq ki, Seymur Nəsirov Azərbaycan və Misir arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin inkişafı və elm sahəsində xidmətlərinə görə həm Azərbaycan, həm də Misir tərəfindən müxtəlif orden və medallarla təltif olunub. Onun son mükafatı ilə bağlı xəbər ərəb ölkələrinin bir sıra aparıcı media orqanlarında da geniş işıqlandırılıb.

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd oldu

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-Türkiyə strateji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Aynur Camal

BMT Qərb ölkələrini Əfqanıstanla əlaqələri bərpa etməyə çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu