Baş xəbər

Yatmazdan əvvəl hansı qidaları yemək məsləhətdir? Dietoloqlar tövsiyələrini açıqladı

Axşam saatlarında düzgün qidalanmaq gecə yuxusunun keyfiyyətinə müsbət təsir göstərə bilər. Dietoloqlar yatmazdan əvvəl aclıq hissi yarandıqda ağır yeməklər əvəzinə yüngül və faydalı qidalara üstünlük verməyi məsləhət görürlər.

Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” nəşrinin “Здоровье” bölməsində dərc olunan materialda dietoloqlar Samina Kallu və Qabriel Kişnerin tövsiyələri yer alıb.

Dietoloq Samina Kallunun sözlərinə görə, yarpaqlı göyərtilər, tam taxıllı məhsullar, qoz-fındıq və toxumlar maqneziumla zəngindir. Yumurta, quş əti, süd məhsulları, tofu, qoz-fındıq və toxumlarda isə triptofan adlı amin turşusu mövcuddur. Bu maddələr, həmçinin meyvə və tərəvəzlərdəki antioksidantlar orqanizmin gecə istirahətinə hazırlanmasına kömək edə bilər.

Mütəxəssis yatmazdan əvvəl çobanyastığı kimi bitki çaylarının da rahatlamağa kömək etdiyini bildirib.

Axşam hansı qidalardan uzaq durmaq lazımdır?

Dietoloqlar yatmazdan əvvəl çox yağlı, əlavə şəkər tərkibli qidalardan, spirtli içkilərdən və kofeinli məhsullardan uzaq durmağı tövsiyə edirlər. Həddindən artıq ağır şam yeməyi mədədə ağırlıq yaradaraq yuxunun keyfiyyətini poza bilər.

Həmçinin mütəxəssislər bildirirlər ki, qidalanma rejimi ilə sağlam yuxu bir-biri ilə sıx bağlıdır. Buna görə də axşam yeməyinin miqdarına və tərkibinə diqqət yetirmək vacibdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Noyabrda hansı tərəvəzləri yemək daha faydalıdır? Bəziləri vitaminlərini daha tez itirir

Aynur Camal

“İran TRİPP marşurutuna qarşı çıxması özünün regional və beynəlxalq tranzitdən məhrum olmasından irəli gəlir”

Aynur Camal

Tramp TRIPP layihəsinin praktiki mərhələsinin başlandığını elan edib, İlham Əliyevə təşəkkürünü bildirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu