Warning: include_once(/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php): Failed to open stream: No such file or directory in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92

Warning: include_once(): Failed opening '/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php' for inclusion (include_path='.:/opt/alt/php83/usr/share/pear:/opt/alt/php83/usr/share/php:/usr/share/pear:/usr/share/php') in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92
Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir - BuGün TV
Baş xəbər

Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak edib.

 Bugun.tv-yə daxil olan məlumata əsasən, General-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.

Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Məsafədən kreditləşmədə yeni qaydalar kiberdələduzluğun qarşısını almağa xidmət edir

Aynur Camal

Azərbaycanda “Türk Dünyası Həftəsi”nə start verildi

Aynur Camal

Vespa skuterinin 80 illiyi qeyd olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu