Dünya

BAE: İrandan atılan 4 raket hava hücumundan müdafiə sistemləri ilə qarşılanıb

Birləşmiş Ərəb Əmirlikləri rəsmi qurumları ölkəyə yönələn hava təhlükəsi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri İran tərəfindən atıldığı iddia edilən 4 raketə görə işə salınıb.

Ölkənin Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Qurumunun “X” hesabında yayılan məlumatda vətəndaşlara təhlükəsiz yerlərdə qalmaq və rəsmi xəbərdarlıqları izləmək çağırışı edilib.

BAE Müdafiə Nazirliyi isə açıqlamasında ölkəyə yaxınlaşan 4 qanadlı raketin aşkarlandığını bildirib. Məlumata görə, onlardan 3-ü ölkənin hava məkanına çatmadan məhv edilib, biri isə dənizə düşüb.

Rəsmi məlumatda qeyd olunub ki, müxtəlif bölgələrdə eşidilən səslər hava hədəflərinin uğurla zərərsizləşdirilməsi ilə bağlıdır. Vətəndaşlara yalnız rəsmi mənbələrdən məlumat almaq və təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunub.

Eyni zamanda Füceyrə əmirliyində yerləşən bir neft müəssisəsində partlayış və yanğın qeydə alınıb. Yerli qurumlar hadisənin pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində baş verdiyini bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin ən varlı koreyalı aktrisası kimdir?

Bugün TV

Çimərliyə PUA hücumu nəticəsində ölənlərin sayı 8-ə çatdı

Aynur Camal

Ərzincanda Urartu dövrünün izləri aşkarlanıb

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu