Ahıska türkləri, Ahıska türklərinin sürgünü, 1944-cü il deportasiyası, “Ahıska türkləri – itmiş sürgünün izində”, Milli Azərbaycan Tarixi Muzeyi, Ahıska türkləri sərgisi, Ziyəddin Kassanov, Ahıska türklərinin tarixi
Dünya

Bakıda Ahıska türklərinin sürgün tarixinə həsr olunan sərginin açılış mərasimi keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan və “Ahıska türkləri – itmiş sürgünün izində” adlı sərginin açılış mərasimi olub.

Lider-media.az xəbər verir ki, tədbirdə Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, Ahıska türklərinin nümayəndələri, tarixçilər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgiyə baxışdan əvvəl edilən çıxışlarda 1944-cü il deportasiyasının ağır nəticələrindən, tarixi yaddaşın qorunmasının əhəmiyyətindən, Azərbaycan və Türkiyənin Ahıska türklərinə göstərdiyi dəstəkdən və iki qardaş ölkə arasında münasibətlərdən bəhs olunub.

 

Sərginin əsas məqsədi Ahıska türklərinin yaşadığı sürgün faciəsinin tarixi yaddaşda qorunması, onların milli və mədəni kimliyinin gələcək nəsillərə çatdırılması və bu mövzuya ictimai diqqətin artırılmasıdır. Ekspozisiyada sürgün yalnız tarixi hadisə kimi deyil, bir xalqın doğma torpağı, kimliyi, mədəniyyəti və yaddaşı ilə əlaqəli şəkildə təqdim olunur.

“Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi ilk dəfə iyunun 12-də İstanbul Atatürk Mədəniyyət Mərkəzində təqdim olunub.

Sərginin növbəti təqdimatı noyabrın 14-də – Ahıska türklərinin 1944-cü il sürgününün ildönümündə Tarixi Ankara Vağzalında keçiriləcək.

Qeyd edək ki, sərgi 21–28 avqust tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində ziyarətçilər üçün açıq olacaq.

Mənbə:  LiderMediAz

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu