24 C
Baku
18 Aprel 2024, 13:57
Digər

Kişi və qadın beyni-ARAŞDIRMA

Kişi və qadın beyni intelkektual olaraq da eynidir. Mütəxəsislər iddia edir ki, zəka individual olaraq formalaşır. Bu barədə deyilən bütün fikirlər isə, sadəcə mif olaraq qiymətləndirilir.

Bugun.tv-nin araşdırmasına görə, hələ qədim zamanlardan günümüzə qədər gender fərqləri ilə bağlı müxtəlif düşüncələr var. İnsanların əksəriyyətinə görə, kişi və qadın beyni fərqli fəaliyyət göstərir. Kişilərin beyninin daha çox riyazi, qadınlarda isə yaradıcı istiqamətdə güclü olduğu düşünülür. Amma mütəxəsislər iddia edir ki, bu sadəcə mifdir.

Neyrobioliq Gina Ripponun sözlərinə görə, “qadınlar və kişilər arasında təfəkkür və ya ağıl fərqi var” deyə bir anlayış yoxdur. Kimin daha çox ağıllı olması individual olaraq dəyişir. Sadəcə,  insanlar arasında gözəçarpan müəyyən zövq fərqləri ola bilər ki, bu da insanların özləri tərəfindən uşaqların beyninı kodlaşdırılır. Qadınların çəhrayı rəngi sevməsi kimi… Eynilə, digər məsələlər də uşaqlıqdan beyinə kənardan müdaxilələr ilə dəyişə bilər”.

Keşmişdə qadınların kəllə sümükləri bir qədər kiçik olduğundan onların intellektual səviyyələrinin də aşağı olduğu düşünülürdü. Əgər eyni məntiqlə yanaşılsa filin zəkası insanlardan daha güclü olmalı idi. Məktəbdə qızların intellektlərinin müxtəlif stereotiplərə görə aşağı qiymətləndirilməsi onların dəqiq elmlərə yönəlməsinin qarşısını alır. Zamanla bu vərdişlər genetik kodlaşdırılır. Və qadınlar düşünmədən potensialdan daha aşağı peşələrə yiyələnirlər.

“Bizim beynimiz nədir və ya bizim beyninimizə necə müdaxilələr olunur deyə, müxtəlif tədqiqatlar həyata keçrilir. Qadın və kişilər arasında mövcud bioloji fərqlər intellektual fərqləri formalaşdırmır. İntellekt kənardan müdaxilə, genetik faktorlar, coğrafiya və dünya görüşü ilə dəyişir”.

Bu gün istənilən elm sahəsində qadınların əvəzsiz xidmətləri var. Onlar idarəedici vəzifələrdə təmsil olunurlar. Qadın alimlər elmə töhfə verirlər. Övladlarınızın cinsiyyətinə görə fərq qoymadan, onların peşə seçimlərinə “sən qız olduğun üçün bunu bacarmazsan” deməklə, intellektual inkişafına təsir etməmək tövsiyə olunur.

Kəmalə Sultan

Oxşar xəbərlər

Avropada bərpa olunan enerji hesabına qaz qiymətləri düşməyə davam edir

Aynur Camal

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlandı

Kəmalə Sultan

Ulu öndərin 100 illik yubileyi münasibətilə YAP Mingəçevir şəhər təşkilatı silsilə tədbirlər təşkil edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu