12 C
Baku
25 Aprel 2025, 6:47
Baş xəbərSosial

Yol, kommunal problemlərmiz nə zaman həllini tapacaq?

Mingəçevir şəhəri, Yeni həyat yaşayış massivi, Xurşudbanu Natəvan küçəsinin sakinləri yol və kommunal problemlərini Bugun.tv saytının kameralarına danışıblar.

“Gördüyünüz kimi bu küçələrə 11 ildən çoxdur ki, baxan yoxdur. Adiyyatı qurumlara dəfələrlə müraciətlər edilib. Lakin bu günə kimi asfalt çəkilməyib.Gediş-gəlişimiz yağış yağan kimi daha da çətinləşir. Avtobuslar da bu yollarda normal işləmir. Sürücülər lazım olan yerlərə qədər sərnişinləri çatdırmırlar.Deyirlər ki, yollarınız pisdir”- deyə şikayətçilər bildirib.

Sakinlər ərazi üzrə millət vəkili və Mingəçevir şəhər icra hakimiyyətindən şikayət ediblər. Kadrlarda da olduğu kimi təqdim edilib.

Adı çəkilən qurumlarla əlaqə saxlamağa çalışdıq,ancaq qarşı tərəf zənglərimizə cavab vermədi. Onu da qeyd edək ki, sakinlərin dediyinə görə, kadrlarda öz əksini tapan yaşayış sahəsi qaçqınlar üçün ayrılmış ərazi deyil. Məsələ ilə əlaqədar olaraq, dəfələrlə Mingəçevir şəhər icra hakimiyyətinə müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Bugün TV

Oxşar xəbərlər

Baş verən yol qəzasında 2 nəfər öldü

Bugün TV

Putin hərbi dəniz qüvvələrini gücləndirir

Bugün TV

Alimlər çay dəmləmək içməli suda ağır metalların miqdarını azaldır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu