Bugun.Tv xəbər verir ki, noyabrın 6-da Bakıda Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir təşkil ediləcək.
“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etmək, onların göstərdiyi qəhrəmanlığı ehtiramla anmaq və cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyəti, xalqımızın qələbə əzmi, mənəvi birlik və qəhrəmanlıq ideyaları ön plana çıxarılacaq.
Təşkilatçılar televiziya kanallarını, xəbər saytlarını və media nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirlər.
Tədbirin keçiriləcəyi yer və vaxt:
- Tarix: 6 noyabr 2026-cı il
- Saat: 12:00
- Məkan: Azərbaycan Texniki Universiteti
- Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 25
Əlaqə və akkreditasiya:
- (+994 99) 747 10 07
- (+994 70) 222 91 39
