Səhiyyə

Bakteriyaları işıqla məhv edən diş fırçası hazırlandı

Bugun.tv xəbər verir ki, Rusiyanın Milli Tədqiqat Nüvə Universiteti MEPhI universitetinin gənc alimləri bakteriyalarla işıq vasitəsilə mübarizə aparan innovativ diş fırçası hazırlayıblar.

Məlumata görə, yeni texnologiya fotodinamik effekt əsasında işləyir. Layihənin əsas məqsədi ağız boşluğundakı bakteriyaları məhv etmək və iltihab riskini azaltmaqdır.

Tədqiqatçılar bildiriblər ki, insanların 92 faizi dişlərini tövsiyə olunan iki dəqiqədən az müddətdə fırçaladığı üçün klassik xəbərdarlıq sistemləri əvəzinə daha effektiv üsul seçilib.

Layihə rəhbəri Kseniya Qaluşkina qeyd edib ki, diş fırçasına xüsusi spektrdə işıq yayan LED sistemi yerləşdirilib və bu işıq ağız boşluğundakı bakteriyaların azalmasına kömək edir.

Hazırlanan layihə Arxangelskdə keçirilən “BioNovaции” multidissiplinar çempionatında üçüncü yer qazanıb və SPLAT Global şirkətinin BIOMED brendinin diqqətini cəlb edib.

Mütəxəssislərin sözlərinə görə, diş fırçası xüsusi tərkibli diş məcunu ilə birlikdə istifadə olunduqda təsir daha da güclənir. Hazırda layihənin bazara çıxarılması üçün sənaye tərəfdaşları ilə əməkdaşlıq imkanları müzakirə olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim iş günü ərzində nə qədər maye qəbul etmək lazım olduğunu açıqladı

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Çox yatmaq da az yatmaq qədər zərərli ola bilər

Aynur Camal

İnsan beyninin yanında yeni immun müdafiə mərkəzi aşkarlandı: onun vəzifəsi nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu