Maraqlı faktlar

Araşdırma: Kimçi xolesterinin azalmasına kömək edə bilər

Bugun.tv xəbər verir ki, Cənubi Koreyanın Chung-Ang University alimləri kimçinin müntəzəm istifadəsinin xolesterin səviyyəsinə müsbət təsir göstərə biləcəyini açıqlayıblar.

“Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmada 4666 yetkin koreyalının məlumatları təhlil edilib. Tədqiqat zamanı kimçi istifadəsi ilə dislipidemiya — yəni yağ mübadiləsinin pozulması arasındakı əlaqə araşdırılıb.

Alimlər xüsusilə Çin kələmindən hazırlanan kimçinin təsirinə diqqət yetiriblər. Nəticələrə əsasən, gündə 1-2 porsiya kimçi yeyən kişilərdə yüksək ümumi xolesterin riskinin daha aşağı olduğu müəyyən edilib.

Qadınlarda isə gündə 1-2 porsiya, eləcə də 3 və daha çox porsiya kimçi istifadəsinin “yaxşı” HDL xolesterinin azalması riskini aşağı saldığı bildirilib.

Tədqiqat müəllifləri hesab edirlər ki, kimçinin faydası onun fermentasiya prosesi, tərkibindəki lif və tərəvəzlərdə olan bioaktiv maddələrlə bağlıdır. Bununla belə, alimlər vurğulayıblar ki, kimçi xolesterinin müalicəsi deyil, balanslı qidalanma çərçivəsində dəstək vasitəsi hesab oluna bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Çin internetində qəribə iddia: Tan sülaləsi heç vaxt mövcud olmayıb?

Aynur Camal

Bir şirniyyat sosial medianın gücü ilə İtaliyada dağ sığınacağını turist axınına məruz qoydu

Aynur Camal

 62 milyon illik “daşlaşmış akvarium” aşkar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu