Bugun.tv-yə daxil olan şikayətdə bildirilir ki, Balaxanı qəsəbəsi Neftçilər küşəsində yolların asfalt örtüyü sıradan çıxıb.Avtombillərin hərəkətində çətinliklər yaranıb.Qəsəbə sakini 1-ci Qarabağ müharibəsi veteranı Səhlədar Xəlilov videomüraciətində bildirir ki, sözügedən ünvanda bu problem illərdir mövcuddur.Onun sözlərinə görə, yerli icra nümayəndəsinə dəfələrlə bu məsələ ilə bağlı müraciət olunsa da, problem hələ də öz həllini tapmayıb.
Məsələyə aydınlıq gətirmək üçün Suraxanı RİH-nin Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucovla əlaqə saxladıq.O, sorğumuza cavab olaraq bildirdi ki, həmin ünvanda yolların təmiri ilə bağlı AAYDA-ya müraciət olunub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.O, bildirdi ki, yerli strukturlar tərəfindən agentliyimizə onların balansında olan küçə və yolların təmiri ilə bağlı müraciətlər olunur.Həm yerli icra strukturlarının, həm də AAYDA-nın balansında olan bu cür yolların təmiri ilə bağlı siyahı hazırlanaraq adiyyatı üzrə təqdim edilir. Hər il bu cür yolların, eyni zamanda Bakı şəhərinin 60 qəsəbəsi üzrə qəsəbədaxili küçə və yolların təmiri üçün vəsait ayrılır.Həmin maliyyə vəsaiti əsasında yolların təmir-bərpa işləri həyata keçirilir.
AAYDA rəsmisi onu da qeyd elədi ki, qəsəbədaxili küçə və yollar agentliyin balansında deyil. Buna görə də orada hər hansı xidmət göstərilmir.İnvestisiya proqramına həmin küçə və yolların təmiri daxil edilənədək, hərəkəti asanlaşdırmaq üçün heç bir tədbir görə bilmərik.