25 C
Baku
27 İyul 2024, 4:40
Mədəniyyət

Balenciaga 161 min rubla bir paket çips şəklində çanta buraxdı

Bugun.tv xəbər verir ki, Fransız brendi Balenciaga çips paketi şəklində çanta buraxıb. Müvafiq məhsul moda evinin rəsmi saytında yerləşdirilib.

Söhbət dana dərisindən hazırlanmış və antik gümüş fitinqlərlə bəzədilmiş aksessuardan gedir. Təsvirə görə, məhsulun bir bölməsi var və üç versiyada mövcuddur. Belə ki, mavi çantanın üzərində sirkə və duz təsviri, sarı torbanın üzərində isə pendir və soğan təsvir olunub. Qırmızı model isə öz növbəsində acı bibər dizaynına malikdir.

Bu qarderob əşyasının qiyməti 1750 dollardır.

Bundan əvvəl rusiyalı stilist və teleaparıcı Aleksandr Roqov dəbdəbəli Balenciaga brendindən 272 min rubla yeni çanta nümayiş etdirərək şəbəkə istifadəçilərini əyləndirmişdi. Söhbət balaca dabanlı kazak çəkmələri formasında olan dəri çantadan gedirdi.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Bakıda Braziliya kinofestivalı keçiriləcək

Kəmalə Sultan

Şəkidə “Əsl Şaxta baba”

Şükufə Ramizqızı

Dövlət qulluğuna qəbulun nəticəsi açıqlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu