Dünyaİdman

“Barselona” Mbappeni almaqdan niyə imtina etdi?

“Barselona” fransalı hücumçu Kilian Mbappenin transferi ilə bağlı “PSJ” ilə heç bir danışıqlar aparmır.

Bugun.tv xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappe ilə danışıqlardan imtinaya səbəb İspaniya klubunun maliyyə vəziyyətidir. Elə buna görə də forvardın yüksək maaşını ödəyə bilməyəcəklərini düşünüb, geri çəkiniblər.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, “Barselona” və bir sıra digər top-klublar fransalı futbolçunun mümkün transferi ilə bağlı “PSJ” ilə danışıqlar aparır.

“Əl-Hilal”ın Mbappe üçün İspaniya klubuna 300 milyon avro ödəməyə, 24 yaşlı hücumçunun özünə isə 700 milyon avro maaşla bir illik müqavilə verməyə hazır olduğu ortaya çıxıb.

Bugün TV

Oxşar xəbərlər

Təmiz su tələbi ilə etirazlar toqquşmaya çevrildi

Aynur Camal

Başörtülü şagirdlərin məktəbə buraxılmaması müzakirələrə səbəb oldu

Aynur Camal

Kəşfiyyat qurumları xəbərdarlıq edir: Rusiya Avropada müdafiə sənayesi rəhbərlərini hədəfə ala bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu