14 C
Baku
17 Aprel 2026, 21:15
Baş xəbərDigər

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

BuGün.Tv prokurorluğun rəsmi “facebook” hesabına istinadən xəbər verir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Oktyabrın 12-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl, Kəlbəcər və digər rayonlardan olan vətəndaşları qəbul edib.


Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.


Daha sonra Baş prokuror Kamran Əliyev Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə gedərək şəhid olan mülki şəxslərin xatirəsini yad edib.


Qəbulda iştirak edən 112 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Samux, Göygöl və Kəlbəcər rayon, eləcə də Gəncə hərbi prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

BuGün.Tv

Aynur Camal

Oxşar xəbərlər

Çin dənizaltı kabelləri kəsə bilən yeni qurğunu sınaqdan keçirib

Aynur Camal

Tramp: Hörmüz boğazı açıldıqdan sonra NATO-dan zəng aldım

Aynur Camal

BMT: Qəzzada gündə orta hesabla 40-dan çox qadın və qız öldürülür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu