Pasxa səhəri xüsusi ab-hava yaradan anlardan biridir. Düzgün qurulmuş süfrə adi səhər yeməyini ailəvi ənənəyə çevirə bilər. Xüsusilə Pasxa üçün süfrə dekorasiyası detallarla formalaşır.
Aşağıdakı 6 element bayram süfrəsini həm estetik, həm də funksional edir:
1. Yumurta altlıqları
Qaynadılmış yumurtaların səliqəli təqdimatı üçün ideal aksesuardır. Xüsusilə bayram dizaynlı – yaz naxışlı və ya dovşan fiqurlu modellər süfrəyə xüsusi rəng qatır.

2. Keyfiyyətli qab-qacaq
Süfrənin əsasını təşkil edir. Klassik ağ və ya zərif naxışlı boşqablar yeməklərin daha iştahaaçan görünməsinə kömək edir. Eyni üslubda servis vizual harmoniya yaradır.

3. Süfrə örtüyü (skater)
Açıq rəngli – ağ, krem və ya çiçək naxışlı örtüklər Pasxa üçün ən uyğun seçimdir. Bu, həm süfrəni qoruyur, həm də bayram ab-havasını gücləndirir.
4. Fincanlar
Çay, qəhvə və kakao üçün istifadə olunan fincanlar səhər süfrəsinin ayrılmaz hissəsidir. Rahat forma və uyğun dizayn ümumi görünüşü tamamlayır.

5. Kulich üçün qapaqlı qab
Pasxanın əsas şirniyyatı olan kuliç üçün xüsusi qab həm təqdimatı gözəlləşdirir, həm də şirniyyatın təzə qalmasını təmin edir.
Mənbə: mail.ru
