Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişiklikləri ilə bağlı mühüm beynəlxalq qərarı dəstəkləyib.
Məlumatına görə, BMT tərəfindən qəbul edilən qərar iqlim dəyişikliklərindən zərər çəkən ölkələrin fosil yanacaq şirkətlərinə qarşı hüquqi mübarizə imkanlarını genişləndirə bilər.
Məlumata əsasən, xüsusilə ada dövlətləri və okean səviyyəsinin yüksəlməsindən əziyyət çəkən ölkələr bu qərarı “ədalətə doğru tarixi addım” kimi qiymətləndiriblər.
Euronews yazır ki, ABŞ bəzi müddəalara etiraz etsə də, qərarın qəbulunun qarşısını ala bilməyib. Sənəddə iqlim dəyişikliyinin yaratdığı iqtisadi və ekoloji zərərlərə görə məsuliyyət məsələsinin daha açıq şəkildə gündəmə gətirilməsi nəzərdə tutulur.
Ekspertlər hesab edirlər ki, qəbul edilən qərar gələcəkdə beynəlxalq məhkəmələrdə iqlimlə bağlı iddiaların artmasına səbəb ola bilər və böyük enerji şirkətlərinə təzyiqləri gücləndirə bilər.
Mənbə: Euronews
