27 C
Baku
27 İyul 2024, 8:09
Baş xəbərKriminal

Belçikalı hücumçu Brüsseldə kafedə güllələnib

Bugun.tv xəbər verir ki, Belçika mətbuatında yer alan xəbərə görə, Brüsseldə iki nəfərin öldüyü hücumu həyata keçirən şəxs kafedə güllələnib. “TRT Haber”in Belçika mediasından götürdüyü  məlumatına görə, bazar ertəsi gecə Brüsselin mərkəzində iki İsveç vətəndaşını güllələyən və üçüncü şəxsi yaralayan şübhəli hücumçu Brüsselin Schaerbeek rayonundakı kafedə güllələnib. Belçika federal prokurorluğu məlumatı təsdiqləyib və bildirib ki, vurulan şəxs hücum edən şəxsdir.

Həbs edilən şəxsin üzərindən tapılan silahın dünən gecə hücumun törədildiyi silahla eyni olduğu açıqlanıb. Ötən gün Belçikanın paytaxtı Brüsseldə silahlı hücum olub. Hücum nəticəsində iki İsveç vətəndaşı həyatını itirib. Hücum edən şəxs hadisə yerindən qaçarkən, polis hücumçunu tutmaq üçün əməliyyat başlatdı. Hadisə yerinə çoxlu polis və təcili yardım maşınları göndərilib. Prokurorlar hücumu terror kimi qiymətləndirdiklərini bildirərkən, Belçikada terror təhlükəsi ən yüksək səviyyəyə qaldırılıb.

Sosial şəbəkədə yayımladığı videoda özünü təcavüzkar kimi təqdim edən şəxs özünü Abdesalem Al Guilani kimi təqdim edərək terror təşkilatı DAİŞ-in üzvü olduğunu bildirib. Guilani 3 isveçlini öldürdüyünü bildirib. Həyatını itirən iki nəfərin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində yerli vaxtla saat 19.15-də başlayacaq Belçika-İsveç milli matçını izləmək üçün Belçikaya gələn İsveç vətəndaşları olduğu düşünülür. Belçikanın baş naziri Aleksandr de Croo verdiyi açıqlamada, hücumdan sonra İsveç baş naziri Ulf Kristerssona başsağlığı verdiyini ifadə edərək, “Yaxın tərəfdaşlar olaraq terrorla mübarizədə də ortağıq” dedi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kolumbiyada Şakiranın altı metrlik abidəsi ucaldıldı

Aynur Camal

Əyləci buraxılan mikroavtobus ağaca çırpıldı: 6 yaralı var

Bugün TV

AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu