Səhiyyə

Birdəfəlik plastik məhsulların istifadəsi qadağan olunur

Kolumbiya hökuməti ətraf mühitin qorunması istiqamətində yeni qərar qəbul edib. Ölkənin Ətraf Mühit Nazirliyi bildirib ki, 7 iyul 2026-cı il tarixindən etibarən birdəfəlik plastik məhsulların istehsalı və istifadəsi ölkə üzrə tamamilə qadağan ediləcək.

Nazirliyin açıqlamasına görə, qərarın məqsədi plastik tullantıların ətraf mühitə vurduğu zərərin azaldılması, təbii ekosistemlərin qorunması və dayanıqlı istehlak vərdişlərinin təşviq edilməsidir.

Qadağa çərçivəsində plastik boşqablar, çəngəllər, qaşıqlar, samanlar (pipetlər), stəkanlar və digər birdəfəlik plastik məhsulların istehsalı, satışı və istifadəsi dayandırılacaq.

Rəsmilər bildiriblər ki, müəssisələrin və istehlakçıların ekoloji cəhətdən daha təhlükəsiz alternativlərə keçidi üçün uyğunlaşma prosesi davam etdirilir.

Ətraf mühit təşkilatları qərarı müsbət qarşılayaraq bunun plastik tullantıların həcminin azalmasına və mikroplastik çirklənməsinin qarşısının alınmasına töhfə verəcəyini qeyd ediblər.

Beləliklə, Kolumbiya birdəfəlik plastik məhsulların istifadəsini məhdudlaşdıran ölkələrin sırasına qoşulur.

Aynur Camal

Oxşar xəbərlər

Amerikalıların əksəriyyəti ultraişlənmiş qidalar üçün xəbərdarlıq etiketlərini dəstəkləyir

Aynur Camal

Şəkərin və fastfudun dəriyə təsiri: Hansı qidalar qocalmanı sürətləndirir?

Aynur Camal

Yerimək, yoxsa qaçmaq? Mütəxəssislər ürək, oynaqlar və arıqlamaq üçün ən faydalı variantı açıqlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu