11 C
Baku
20 Mart 2023, 23:46
Sosial

Birinci Qarabağ müharibəsinin itkin-şəhidinin anası evsizlikdən şikayət edir-VİDEOREPORTAJ

Bugun.tv-yə müraciət edən 82 yaşlı Rəhilə Ələkbərova evsizlikdən əziyyət çəkir. 30 ildir ki, məcburi köçkün düşən ailə Bərdə şəhərdə məskunlaşıb. 3 oğlu 1-ci Qarabağ savaşında iştirak edib. Kiçik oğlu Kamil Ələkbərov Şuşa işgal olan gün itkin düşüb.
İllədir şəraitsiz otaqda qalan R.Ələkbərovanın sözlərinə görə, yaşadığı evdə təbii qazın olmaması, eləcədə yagışın evə damması və digər problemlərlə bağlı əlaqədar qurumlara müraciət edib. Ancaq heç bir nəticəsi olmayıb.
Rəhilə Ələkbərovanın səhəttində də ciddi problemlər var. Deyir ki, bu 30 ildə bir dəfədə olsun onunla maraqlanan, dərdini soruşan, probleminin həllinə yardım göstərmək istəyən olmayıb.
Bugun.tv olaraq, 82 yaşlı nənənin sadaladığı məsələlərin həlli ilə bağlı Şuşa-Turşsu icra nümayəndəliyinə zəng etdik. Əməkdaşları R.Ələkbərovanın yaşadığı evə gəlmələrini, problemləri öz gözləri ilə görmələrini istədik. Ancaq sözügedən qurumdan səsimizə səs verən olmadı. Mövzuya yenidən qayıdacağıq.

 

Oxşar xəbərlər

Sabunçu keçidi səhərlər niyə bağlanır?   

Aynur Camal

Ümumdünya Meteorologiya Təşkilatı 150 illiyini qeyd edəcək

Aynur Camal

Azərbaycan Ağalı kəndinə daha 727 sakinin köçürülməsini planlaşdırır

Sabina Uğur

Şərh yazın