Baş xəbərSosial

“Bakı İƏT Parlament İttifaqının 20-ci sessiyasına ev sahibliyi edir”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci sessiyasının işə başlayacağını bildirib.

Deputat qeyd edib ki, sessiyada 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, 10-dan artıq ölkənin parlament sədrləri, eləcə də 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər.

Tədbir çərçivəsində “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq.

Ceyhun Məmmədov sosial media hesabında vurğulayıb ki, Azərbaycanın növbəti dəfə belə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan bu gün İslam dünyasının ayrılmaz bir hissəsi kimi üzərinə düşən missiyanı böyük məsuliyyət, fədakarlıq və ləyaqətlə yerinə yetirir.

Deputat hesab edir ki, sessiya İslam ölkələri arasında parlament diplomatiyasının gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ortaq problemlərin həlli istiqamətində mühüm platforma rolunu oynayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu