32 C
Baku
24 İyul 2024, 19:34
Dünya

“Biz Ukraynada problemin həlli üçün hər cür dialoqa açığıq”

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna probleminin həlli ilə bağlı istənilən dialoqa açıqdır.

Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ildir və bütün zorakılıqları və dağıntıları ilə davam edir…

Başda Türkiyə olmaqla müxtəlif ölkələrin dialoq səyləri müharibəni bitirmək üçün davam edərkən, Rusiyadan əhəmiyyətli bir açıqlama gəlib.

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlama verərkən müharibə məsələsinə də toxunub.

 “Biz hər cür ünsiyyətə və dialoqa açığıq”

“Rusiya Ukrayna ilə vasitəçilər vasitəsilə danışıqlara hazırdırmı? sualına Peskov, “Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər cür ünsiyyət və dialoqa açıq olduğunu dəfələrlə bildirib. Putin buna açıqdır və bunu dəfələrlə dilə gətirib” deyib.

Mətbuat katibi Peskov Ukrayna əsgərlərinin Belarus sərhədində cəmləşməsi ilə bağlı suala belə cavab verib: “Əlbəttə, bu vəziyyət təkcə Minski deyil, həm də Moskvanı narahat edir”. dedi.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın gözü mayın 28-də keçiriləcək prezident seçkilərindədir

Aynur Camal

Karlsonun Zelenski ilə müsahibəsi gözlənilir

Aynur Camal

Terror təşkilatı televiziya kanallarına hücum etdi

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu