25 C
Baku
27 İyul 2024, 6:56
Dünya

BMT: 2023-cü ildə həyatını itirən 188 personaldan 135-i Qəzzada həlak olub

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 2023-cü ildə BMT-nin 188 əməkdaşının həyatını itirdiyini, onlardan 135-inin Qəzzada BMT-nin Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşları olduğunu açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 2023-cü ildə BMT-nin 188 əməkdaşının həyatını itirdiyini, onlardan 135-inin Qəzzada BMT-nin Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşları olduğunu açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) mərhum əməkdaşlarının anım mərasiminin keçirildiyi BMT Baş Assambleyasında Quterreş, BMT Baş Assambleyasının 78-ci sədri Dennis Francis və BMT Təhlükəsizlik Şurasının müvəqqəti sədri Cənubi Koreyanın daimi nümayəndəsi Coonkuk Hvanq şəhidlərin xatirəsinə şam yandırıblar.

Mərhum şəxsi heyətin ailə yaxınlarının iştirak etdiyi mərasimdə mərhumların adları bir-bir oxunduqdan sonra 1 dəqiqəlik sükutla yad edilib.

BMT-nin baş katibi Quterreş burada etdiyi çıxışda, “2023-cü ildə 188 BMT əməkdaşı həyatını itirdi. Onlardan 135-i Qəzzada çalışan BMT-nin Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşlarıdır” deyib.

Quterreş vurğulayıb ki, bu, BMT-nin yarandığı vaxtdan bəri bir münaqişə və ya təbii fəlakət nəticəsində həlak olan ən yüksək personal sayıdır.

“Bu, heç vaxt qəbul edə bilməyəcəyimiz bir reallıqdır.” Quterreş qeyd edib ki, bəzi UNRWA personalı evlərinin bombalanması nəticəsində ailələri ilə birlikdə həlak olub.

Digərlərinin ofislərdə və ya sığınacaqlarda öldürüldüyünü bildirən Quterreş, “Hər ölüm üçün cavabdehlik istəyirik” deyib.

UNRWA personalının ailələrinə çata bilmədiklərinə diqqət çəkən Quterreş, bir çox ailə üzvlərinin ya İsrailin hücumları nəticəsində öldürüldüyünü, ya da məcburi köçkün olduğunu bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu şəhərdə 4.2 bal gücündə zəlzələ olub

Teymur Əziz

5 günlük milli matəm elan edildi

Aynur Camal

NASA-nın Juno vasitəsi Yupiterin peyki üzərindəki lava göllərinin şəklini çəkib

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu