Dünya

BMT: Atəşkəsdən 10 aydan çox vaxt keçsə də, Qəzzadakı vəziyyət qəbuledilməzdir

BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatorunun müavini Ramiz Alakbarov Qəzzada atəşkəsin elan edilməsindən 10 aydan çox vaxt keçməsinə baxmayaraq, bölgədə vəziyyətin hələ də “qəbuledilməz” olduğunu bildirib.

Alakbarov BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında çıxış edərək Fələstin ərazilərində gərginliyin artdığını və qeyri-müəyyənliyin dərinləşdiyini deyib. Onun sözlərinə görə, son dövrdə Qəzzaya İsrailin hava hücumları intensivləşib, əhali isə dözülməz şəraitdə yaşayır. O, atəşkəsin hələ də kövrək olduğunu vurğulayıb.

BMT rəsmisi Qəzzanın təxminən üçdə ikisinə hələ də çıxışın mümkün olmadığını, bölgə üçün bu il tələb olunan maliyyənin isə yalnız 40 faizinin toplandığını açıqlayıb.

Alakbarov həmçinin işğal altındakı İordan çayının qərb sahilində vəziyyətin ağır olduğunu bildirib. Onun sözlərinə görə, İsrailin məskunlaşma fəaliyyəti beynəlxalq hüquq baxımından qanuni qüvvəyə malik deyil.

BMT rəsmisi Şərqi Qüdsün E1 bölgəsində 1 200-dən çox yaşayış məntəqəsi üçün tender prosesinin başlanmasına da diqqət çəkib. O xəbərdarlıq edib ki, layihənin həyata keçirilməsi İordan çayının qərb sahilinin şimal və cənub hissələrini faktiki olaraq bir-birindən ayıra bilər.

Mənbə:  ⁠TRT Haber⁠

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-ın “iqtisadi terrorizmi” ilə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib

Aynur Camal

İngilis çayı Hindistan çayından nə ilə fərqlənir?

Aynur Camal

Süni intellekt mütəxəssislərinə tələbat artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu