1 C
Baku
14 Yanvar 2025, 3:50
Baş xəbərDünya

BMT: Kolumbiya hava limanında 20 min naməlum cəsəd gizlənir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi İtkinlər Komitəsi Kolumbiyaya səfəri zamanı paytaxt Boqotadakı hava limanının anqarında təxminən 20 min naməlum cəsədin gizlədildiyini iddia edib. Birləşmiş Millətlər Təşkilatının Məcburi İtkinlər Komitəsinin eksperti Carmen Rosa Villa Kolumbiya ilə bağlı açıqlamalar verib.

Ölkədəki itkiləri və qarşıdurmaları araşdıran komitə, Boqota hava limanında 20 mindən çox cəsədin gizlədildiyini müəyyən edib.

Carmen Rosa Villa mövzu ilə bağlı verdiyi açıqlamada cəsədlərin mühafizə altında saxlandığını və şəxsiyyətləri müəyyən edilə bilmədiyi və ya kimliklərini müəyyən etmək mümkün olmadığı üçün hələ də dəfn edilmədiyini bildirib.

Vilya, BMT-nin hava limanındakı naməlum cəsədlərdən narahat olduğunu ifadə edərək, “Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssislər yoxdur. Tapılan qalıqları və ya cəsədləri qoruyub saxlayacaq yer yoxdur” deyə xəbərdarlıq edib.

Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu 20 min naməlum cəsədin hava limanında bir anqarda gizləndiyi iddialarını rədd edərək, sözügedən anqarın varlığından xəbərsiz olduqlarını açıqlayıb.

Meyitlərin Kolumbiyadakı qarşıdurmalarda həyatını itirən və ya illərdir itkin düşmüş insanlarla əlaqəsi olub-olmaması ilə bağlı heç bir açıqlama verilməyib.

Yerli KİV-in məlumatına görə, daha əvvəl Boqotadakı İtkin Şəxslərin Genetik Profilləri Bankında 8 min naməlum cəsədin tapıldığı, məlumat çatışmazlığı səbəbindən təhvil verilmədiyi və anbarlarda saxlanıldığı bildirilmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Nazir Koca: COVID-19-un yeni variantı Türkiyədə görülməyib

Kəmalə Sultan

Polşanın senatoru “ASAN xidmət”də

Aynur Camal

Bu kola soyqırım ehtiva etmir! Coca-Cola-nın alternativi Cola Qaza böyük marağa səbəb olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu