Dünya

BMT Luhanskdakı kollecə hücumu pislədi

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Ukrayna Silahlı Qüvvələrinin Luhansk Xalq Respublikasının Starobelsk şəhərində yerləşən kollecə endirdiyi zərbə ilə bağlı açıqlama verib.

Məlumata görə, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik mülki əhali və mülki infrastruktur obyektlərinə qarşı hücumları qəti şəkildə pislədiklərini bildirib.

O qeyd edib ki, “mülki əhali və mülki obyektlərə qarşı harada baş verməsindən asılı olmayaraq bütün hücumları qətiyyətlə pisləyirik”.

Hadisədən sonra Starobelsk şəhərində regional xarakterli fövqəladə vəziyyət rejimi elan olunub. Leonid Paseçnik bildirib ki, məqsəd zərbənin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə operativ yardım göstərilməsi üçün bütün qüvvələrin səfərbər edilməsidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu