12 C
Baku
25 Aprel 2025, 7:21
Dünya

BMT-nin İsraillə bağlı qərarı: Müharibə cinayətləri törətməkdə ittiham olunur

Son xəbərlər… BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyası İsraili Qəzzada fələstinlilərin kütləvi şəkildə məhv edilməsi də daxil olmaqla müharibə cinayətləri törətməkdə ittiham edib. İşğal altında olan İsrailin fələstinlilərə qarşı soyqırımı davam edir. BMT-dən İsrailin soyqırımı ilə bağlı kritik qərar verilib. BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası İsraili Qəzzada fələstinlilərin kütləvi şəkildə məhv edilməsi də daxil olmaqla müharibə cinayətləri törətməkdə ittiham edib.

Dünən BMT-nin Baş katibi Antonio Quterreşin 2023-cü ilin məlumatlarını özündə əks etdirən və hələ də ictimaiyyətə açıqlanmayan “Uşaqlar və Silahlı Münaqişə Hesabatı” hazırlanıb. Bildirilib ki, BMT İsrail ordusu və təhlükəsizlik qüvvələrini münaqişə zonalarında uşaqlara zərər verənlər kimi qara siyahıya salıb.

Digər tərəfdən, İsrail ordusu 250 gündür Qəzza zolağında qırğınlar törədir. İsrail ordusunun xain hücumları nəticəsində 37 mindən çox fələstinli həyatını itirib.

İsrail qüvvələri on minlərlə evi, yüzlərlə məscidi, kilsəni və təhsil müəssisəsini dağıdıb. Qəzza zolağının demək olar ki, bütün əhalisi didərgin düşüb.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Samsung və Apple flaqman telefonlar üçün daha böyük batareyalar hazırlayır

Aynur Camal

Ağ Ev ABŞ-da səmada görünən “sirli obyektlərin” İHA olduğunu açıqlayıb

Aynur Camal

Şimali Koreyadan yeni qərar: Əlaqələri kəsirik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu