Dünya

BMT xəbərdarlıq etdi: Asiyada güclü El-Nino təhlükəsi yaxınlaşır

BMT və beynəlxalq meteoroloqlar 2026-cı ilin sonuna qədər güclü El-Nino hadisəsinin baş vermə ehtimalının yüksək olduğunu açıqlayıblar.

Mütəxəssislərin qiymətləndirməsinə görə, bu iqlim hadisəsi Asiya ölkələrində quraqlıq, daşqınlar, ekstremal istilər və kənd təsərrüfatında ciddi problemlərə səbəb ola bilər.

“The Guardian” nəşrinin yazdığına görə, El-Nino xüsusilə Hindistan, Çin, İndoneziya, Filippin və digər Asiya ölkələrinin hava şəraitinə ciddi təsir göstərə bilər. Alimlər hesab edirlər ki, bəzi bölgələrdə yağışların azalması su qıtlığı və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. Digər ərazilərdə isə güclü yağıntılar və daşqın riski artacaq.

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı ölkələri mümkün təsirlərə qarşı əvvəlcədən hazırlıq görməyə çağırıb. Ekspertlər bildirirlər ki, El-Nino qlobal istiləşmənin təsirlərini daha da gücləndirə və ərzaq təhlükəsizliyi ilə bağlı yeni problemlər yarada bilər.

Qeyd edək ki, El-Nino Sakit okeanda dəniz səthinin temperaturunun yüksəlməsi nəticəsində yaranan və dünya üzrə hava şəraitinə təsir edən təbii iqlim hadisəsidir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu