Bugun.tv xəbər verir ki, Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi məqsədilə yay mövsümündən sonra yeni sammit keçirməyi planlaşdırır.
Reuters-in məlumatına görə, Böyük Britaniyanın Avropa İttifaqı ilə əlaqələr üzrə naziri Nik Tomas-Simonds bildirib ki, qlobal qeyri-müəyyənlik fonunda London ilə Brüssel arasında daha sıx əməkdaşlıq “son dərəcə vacibdir”.
Onun sözlərinə görə, sammitin əsas məqsədi Brexitdən sonra münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqları davam etdirməkdir. Hazırda tərəflər kənd təsərrüfatı məhsullarının ticarəti, emissiya ticarəti sistemlərinin əlaqələndirilməsi və gənclərin mobilliyi proqramı üzrə danışıqları davam etdirirlər.
Reuters qeyd edir ki, iyul ayına planlaşdırılan sammit Böyük Britaniyada baş nazir dəyişikliyi səbəbindən təxirə salınıb. Bununla belə, London texniki danışıqların fasiləsiz davam etdiyini və yeni hökumət formalaşdıqdan sonra sammitin keçirilməsində maraqlı olduğunu bildirir.
Britaniya hökuməti, həmçinin Avropa İttifaqının bəzi iqtisadi və müdafiə proqramlarında iştirak imkanlarını genişləndirməyə çalışır. Məqsəd Avropa ilə ticarət əlaqələrini və təchizat zəncirlərini daha da möhkəmləndirməkdir.
Mənbə: Reuters
