Digər

Böyük Britaniyanın keçmiş Baş naziri: Ölkədə son 60 ilin ən ağır yoxsulluğu yaşanır

Böyük Britaniyanın sabiq Baş naziri və keçmiş maliyyə naziri Qordon Braun ölkədə dərin sosial böhranın yaşandığını bildirib və hökuməti təcili tədbirlər görməyə çağırıb.

Bugun.tv xəbər verir ki, “BBC Radio 4”ə istinadla xəbər verir ki, Q.Braun iki uşaqdan artıq olan ailələrə sosial müavinət verilməsinə qoyulan məhdudiyyətin ləğv edilməsinin vacibliyini vurğulayıb. O, bu addımın maliyyələşdirilməsi üçün qumar oyunlarına tətbiq olunan vergilərin artırılmasını və bu yolla 3,2 milyard funt-sterlinq vəsaitin toplanmasını təklif edib. “Britaniyada sosial böhran dərinləşir. Minlərlə uşaq cəmiyyətin əsas axınından kənarda – ayrı-ayrı reallıqlarda yaşayır. Bu vəziyyətə dərhal müdaxilə olunmalıdır”, – deyə sabiq Baş nazir bildirib.

O, əlavə edib ki, ölkənin şimal-şərq bölgəsində uşaq yoxsulluğu səviyyəsi ən yüksək həddə çatıb və onun bir vaxtlar təmsil etdiyi dairədə bu göstərici artıq 40 faizə yaxınlaşıb.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu