Image default
DünyaSiyasət

Böyük Britaniyanın yeni baş naziri: “40 ilin ən böyük dəyişikliklərini həyata keçirəcəyik”

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem (Andy Burnham) vəzifəsinin icrasına rəsmi başlayıb. Bugun.tv xəbər verir ki, o, Baş nazir iqamətgahı – Dauninq-strit 10-un qarşısında etdiyi ilk çıxışında ölkədə son onilliklərin ən genişmiqyaslı islahatlarını həyata keçirəcəyini bildirib.

Börnhem çıxışında britaniyalıların siyasi qeyri-sabitlikdən yorulduğunu qeyd edərək, hökumətinin əsas məqsədinin ölkədə sabitliyi bərpa etmək, yaşayış səviyyəsini yüksəltmək və dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq olduğunu vurğulayıb. O, hökumətinin “Böyük Britaniya üçün dönüş nöqtəsi” olacağını və “son 40 ilin ən böyük dəyişikliklərini” həyata keçirəcəyini bəyan edib.

Yeni baş nazir yaxın günlərdə əhalinin yaşayış xərclərinin azaldılmasına yönəlmiş ilk tədbirlərin açıqlanacağını, ilin sonuna qədər isə ölkənin iqtisadi və sosial inkişafını nəzərdə tutan 10 illik strateji plan təqdim edəcəyini bildirib. Börnhem həmçinin qərarların yalnız Londonda deyil, regionlarda da qəbul edilməsini təmin etmək üçün səlahiyyətlərin yerli idarəetmələrə verilməsinin vacibliyini qeyd edib.

Endi Börnhem son on ildə Böyük Britaniyanın yeddinci baş naziri olub. O, bu vəzifədə istefa verən Kir Starmeri əvəz edib və yeni hökumətin ölkədə siyasi etimadı bərpa edəcəyinə ümid etdiyini bildirib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Faraj Endi Börnemin baş nazir təyin olunmasını “çevriliş” adlandırdı

Aynur Camal

Qrenlandiya buzlaqlarının əriməsi araşdırılır

Aynur Camal

ABŞ–İran gərginliyi Qırmızı dənizdə neft daşımalarına təsir etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu