27 C
Baku
27 İyul 2024, 3:43
Baş xəbərKriminal

“Bozdoğan-21” əməliyyatı oldu: 48 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, DEAŞ Terror Təşkilatına qarşı həyata keçirilən “Bozdoğan-21” əməliyyatlarında başda İstanbulda Santa Maria kilsəsinə silahlı hücumu təşkil edənlər və münaqişə bölgələri ilə əlaqədə olan 48 şübhəli ələ keçirilib.

TRT Haberin məlumatına görə, Nazir Yerlikaya əməliyyatla bağlı bu detalları paylaşıb: “İstanbul İl Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında həyata keçirilən işlər nəticəsində 30 nəfərin terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib. İstanbulun Sarıyer səmtindəki Santa Mariya kilsəsində və qarşıdurma bölgələrində baş verən silahlı hücumun failləri şübhəli şəxs yaxalanıb. Ankara İl Təhlükəsizlik Müdirliyi tərəfindən aparılan işlər nəticəsində; DEAŞ terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilən 18 şübhəli yaxalanıb. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah ayağınıza daş dəyməsin. Millətimizin duaları sizinlədir”.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Mənzil yandı: 6 nəfər xəstəxanaya götürüldü

Bugün TV

İsrail Qəzza zolağında UNRWA məktəblərinin 70 faizini vurub

Aynur Camal

Yavuz Subaşı-“Biz millətimiz üçün örnək insanlarıq” (FOTO)

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu