Bugun.tv xəbər verir ki, İzmirin Ödəmiş və Kınık rayonlarında meşə və kolluq sahələrində baş verən yanğınlara havadan və qurudan müdaxilə edilir. Küçükkavulcuk rayonunda zeytunluqda baş verən və makiya sahəsinə yayılan yanğına İzmir Bölgəsinə aid 2 təyyarə, 4 helikopter, 15 çiləyici, 4 su təchizatı maşını və 2 dozerlə müdaxilə edilməyə başlanıb.
TRT Haberin məlumatına görə, Kınık rayonunun İbrahimağa rayonunda meşə sahəsində yanğının söndürülməsi üçün 2 təyyarə, 5 helikopter, 20 çiləyici, 5 su təchizatı maşını və 3 dozerlə iş aparılır.
Müxbir: Şəms Elnurqızı