Dünya

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Avstraliyada tədqiqatçılar dağıntılar altında və insanların çata bilmədiyi dar məkanlarda axtarış-xilasetmə işlərinə kömək edə biləcək siborg tarakanlar hazırlayıblar.

Queensland Universiteti və Yeni Cənubi Uels Universitetinin (UNSW) mühəndislərinin birgə apardığı araşdırmada Avstraliyaya məxsus nəhəng qazıcı tarakanlardan (Macropanesthia rhinoceros) istifadə olunub. Həşəratlara yüngül elektron qurğular, miniatür kameralar və məsafədən işə salına bilən avtomatik inyeksiya sistemləri yerləşdirilib.

Tədqiqatçıların məqsədi dağılan binalar, mağaralar və digər xilasetmə qruplarının daxil ola bilmədiyi ərazilərə təcili tibbi yardım çatdırmaqdır.

Queensland Universitetinin biorobotika mühəndisi Thang Vo-Doan bildirib ki, bu texnologiya siborg həşəratları sadəcə hərəkət edən sensor olmaqdan çıxararaq ilkin müdaxilə vasitəsinə çevirə bilər. Bununla belə, mühüm tibbi qərarların insan nəzarətində qalacağı vurğulanıb.

Sınaqlar zamanı siborg tarakanlar yaxın məsafədən inyeksiyaların 95 faizində uğur göstərib. İstiqaməti müəyyənləşdirmək və inyeksiyanı həyata keçirmək daxil olmaqla bütün tapşırığı tamamlama göstəricisi isə 72 faiz olub.

Tədqiqatçılar hesab edirlər ki, texnologiya inkişaf etdirilərsə, 5-10 il ərzində siborg həşərat dəstələrindən real fəlakətlər zamanı istifadə mümkün ola bilər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu