30 C
Baku
19 İyul 2024, 12:21
Səhiyyə

Bu üsulla miqrendən xilas olmaq mümkündür – HƏKİM MƏSLƏHƏTİ

Bugun.tv-nin araşdırmasına görə, hər 4 ailədən 1-də miqren xəstəsi var.

Bu xəstəlik həyatı dözülməz hala gətirir. Davamlı baş ağrıları ilə mübarizədə ağrıkəsicilərə müraciət etmək əvəzinə, ətraflı müayinə və analizlərdən sonra miqren peyvəndi, sinir blokadası və miqren botoksu ilə müalicə etmək mümkündür.

Bunu nevroloji uzmanı Vüqar Cəfər Türkiyənin “Sabah” informasiya agentliyinə müsahibəsində bildirib. “Miqren xəstələri hərtərəfli bir yanaşma ilə qiymətləndirilməlidir. Ətraflı müayinə və analizlərdən sonra miqren peyvəndi, sinir blokadası və miqren botoksu kimi müalicələr tövsiyə edilir. Ancaq bu yalnız nevrologiya və baş ağrısı mütəxəssisləri tərəfindən aparılmalıdır. Botoks miqrendə dərmansız müalicəyə əlavə olaraq istifadə edilən bir müalicə üsuludur”.

Həkimin sözlərinə görə, orta hesabla 3 ay fasilələrlə botoks vurulur. Müalicə effekti ilk həftədən başlayır. Xüsusilə, üçüncü dozadan sonra bu effekt 75 faizə çatır. Botoks müalicəsinin heç bir əks təsiri yoxdur.

“Estetikdən başqa hər yaşda edilə bilən bir müalicədir. Estetik botoksdan tamamilə seçilir. Yəni doza, istehsal üsulu və istehsal yeri fərqlidir. Ona görə də, miqren botoksu mütləq baş ağrısı mütəxəssisləri və miqreni müalicə edən nevroloqlar tərəfindən edilməlidir”, – V.Cəfər vurğulayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirə günüdür

Aynur Camal

Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev: “Vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcək”

Aynur Camal

Xərçəngi aşkar edən süni intellekt hazırlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu