4 C
Baku
6 Dekabr 2022, 15:36
Baş xəbərDünya

“Buradakı həyat sanki geriyə gedib”

Rusiya ötən həftə Ukraynada işğal etdiyi 4 ərazini rəsmən ələ keçirib. Rusiya prezidenti Vladimir Putin Xerson, Zaporojya, Donetsk və Luqansk vilayətlərini “Rusiya Federasiyasının dörd yeni bölgəsi” elan edib.

Cümə günü uzun çıxışında Putin bildirib ki, bu regionların əhalisi indi “əbədi Rusiya vətəndaşlarıdır”.

Bu bölgələrdə gündəlik həyatla bağlı sağlam informasiya axını yoxdur.

Bugün.tv məlumat verir ki, BBC NEWS həmin bu işğal olunmuş ərazilərində yaşayan vətəndaşlardan müsahibə alıb.

Burada milyonlarla insandan bir neçəsidən işğal altında həyatın necə olduğunu, bu şəhərlərdə həyatın necə “ruslaşdığını” soruşub.

Onların əksəriyyəti Rusiyanın işğalına qarşıdır.

Sakinlərdən biri olan Boris (ad şərtidir) ömrünün çox hissəsini Xersonda keçirib. Adını gizlətməyimizi istəyir. Rusiya ordusu müqavimət göstərdiyi və Ukrayna ordusu yaxınlaşdığı bir vaxtda yerli əhali son dərəcə ehtiyatlı davranır.

Borislə mesajlaşma proqramı vasitəsilə yazışdıq.

Aylardır o, rus əsgərləri və polisləri ilə dolu bir şəhərdə normal şəxsi həyatını davam etdirməyə çalışır.

Bu, təəccüblü təzadlarla dolu bir həyatdır.

Məsələn, işğalın ilk aylarında şəhərdə xeyli insan itkin düşüb. Bunlar şəhərin yeni hakimlərinin Kiyevin tərəfdarı hesab etdiyi adamlar idi. Müharibədən əvvəl 280 min olan şəhərin əhalisi iki dəfə azalıb.

Boris deyir ki, sağ qalanlar əvvəlcə bu yeni vəziyyətə adaptasiya olmağa çalışır; “Xalq öz qaydalarını özü qoydu və hakimiyyətdən uzaqlaşdı. Lakin bu həyatda ruslar gələndən sonra sona çatdı”.

Rusiyanın təşəbbüsü ilə keçirilən referendum ərəfəsində bu agentlərin sayı artıb.

O deyir ki, indi buradakı həyat post-apokaliptik kimidir yəni qiyamətdən sonrakı həyata bənzəyir.”Şəhər həqiqətən boşdur və insanlar təhlükəsiz velosiped sürə bilirlər.

Bir sözlə burada yaşamaq, işləyib fəaliyyət göstərə bilmək üçün Rusiya pasportu tələb olunur. “Bu yolla şəhərdəki ukraynalıların əksəriyyəti Rusiya vətəndaşlığı almağa çalışırlar”, – Boris deyir.

BBC-yə müsahibə verən sakinlər deyirlər ki, küçələrdə reklam lövhələri ilə insanlara təsir etməyə çalışırlar.

Ailələr övladlarını onlayn təhsil ala biləcəkləri Ukrayna məktəblərinə yazdırmağa çalışırlar. Bu bölgələrdə təhsil sistemi indi tamamilə Rusiyanın nəzarətindədir.

Boris deyir: “Uşaqların Rusiya interneti və Qərb VPN-dən istifadə edərək Ukrayna məktəblərində onlayn oxumaları ironikdir”.

Ukrayna ilə əlaqələri davam etdirməyə çalışmaq son 6 ayda Borisi ayaqda saxlayan şey olub: “Ya özbaşına hərəkət edirsən, ya da dağılırsan” deyir.

Xersondakı insanların digər qorxusu Putinin elan etdiyi səfərbərliyin “məcburi cəlb edilməsi”dir. İndiyədək yalnız Rusiya pasportu almış şəxslər hərbi xidmətə çağırılsa da, ictimaiyyət hələ də narahatdır.

Boris deyir ki, o, getmək və ya qalmaq arasında çıxılmaz vəziyyətdədir və bir gün oyanıb Xersonun Ukrayna ordusu tərəfindən xilas edildiyini görməyə ümid edir.

“Məni yaşadan ümid şəhərin azad edilməsidir, lakin Xersonun 418 km şərqində yerləşən Mariupolda bu ümidi yaşatmaq çox çətindir”.

Aleks adlı şəxs isə bildirib ki, müharibə Mariupolu həm fiziki, həm də mənən məhv etdi. “Optimistliyə nail olmaq çətindir”.

Ələ keçirilmiş ərazilərdə əvvəldən yaşayan insanların sözlərinə görə, burada həyat sanki 35 il geriyə gedib.

Oxşar xəbərlər

Yerli və xarici fotomüxbirlər Şuşada

Aynur Camal

Türkiyə istəyinə nail oldu

Aynur Əfəndi Zadə

XİN: Azərbaycan Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb edir

Sabina Uğur