Baş xəbərMədəniyyət

“Cəfər Cabbarlı – Müasirimizdir” layihəsinin icrasına başlanılıb

“C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlayıb.

Bugun.tv xəbər verir ki, layihənin əsas məqsədi milli-mənəvi dəyərlərin inkişafı istiqamətində əhalinin, xüsusilə gənc nəslin maarifləndirilməsi, Azərbaycanın tanınmış klassik ədəbiyyat nümayəndələrinin bədii irsinin öyrənilməsi və təbliğidir.

Layihə iyunun 1-dən avqustun 30-dək Bakı və Xızı şəhərlərində həyata keçiriləcək.

Üç ay davam edəcək təşəbbüs çərçivəsində Azərbaycanın zəngin mədəniyyət və incəsənət irsinin öyrənilməsi, milli-mənəvi dəyərlərə maraq və sevginin artırılması, mədəniyyətin müxtəlif sahələrinə diqqətin gücləndirilməsi, həmçinin milli ədəbiyyatın daha geniş təbliği nəzərdə tutulur.

Layihə çərçivəsində azərbaycançılıq ideyalarının təşviqi, görkəmli ədəbiyyat xadimlərinin yaradıcılığının öyrənilməsi məqsədilə bədii ədəbiyyat nümunələrinin nəşri və maarifçilik fəaliyyətinin genişləndirilməsi də planlaşdırılır.

Tədbirlər proqramına dahi dramaturq Cəfər Cabbarlının doğulduğu Xızı şəhərinə səfər, elm, mədəniyyət və incəsənət xadimlərinin, eləcə də yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə ənənəvi “Xızıda Cəfər Cabbarlı günü” tədbirinin keçirilməsi daxildir. Həmçinin dramaturqun Xızıda fəaliyyət göstərən ev-muzeyinə ekskursiyanın təşkili nəzərdə tutulub.

Layihə çərçivəsində Cəfər Cabbarlının Qərb ədəbiyyatından tərcümə etdiyi bir sıra əsərlərdən ibarət kitabın, eləcə də filologiya elmləri doktoru, professor Tahirə Məmmədin dramaturqa həsr olunmuş monoqrafiyasının nəşri planlaşdırılır. Hər iki nəşrin geniş ictimaiyyətə təqdimatı da layihənin əsas tədbirləri sırasında yer alır.

Aynur Camal

Oxşar xəbərlər

Psixoloqlar açıqlayır: Xırda detalları xatırlayan insanlar sadəcə diqqətli olmurlar

Aynur Camal

Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni binası və klinikası istifadəyə veriləcək

Aynur Camal

Bakı Forumu qlobal mənzil böhranı üçün yol xəritəsi kimi qiymətləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu