25 C
Baku
27 İyul 2024, 7:07
Dünya

Can itkisi 34 min 356 nəfərə yüksəldi

İsrailin 203 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 34 min 356 nəfərə yüksəlib.

İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi son 24 saatda 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 51 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin Qəzza zolağına 203 gündür təşkil etdiyi hücumlarda ölənlərin sayının 34 min 356-ya, yaralıların sayının isə 77 min 368-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Milli paraşütçü faciəvi şəkildə öldü

Nigar Məmmədova

Qar uçqunu: 3 nəfər öldü, 9 nəfər yaralandı

Aynur Camal

ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu