Bugun.Tv xəbər verir ki, məşhur dizayn platforması Canva şirkət daxilində genişmiqyaslı yenidənqurma aparacağını açıqlayıb. Dəyişikliklər ümumilikdə 1271 əməkdaşa, yəni şirkətin işçi qüvvəsinin təxminən 22 faizinə təsir edəcək.
“ABC News”un məlumatına görə, yenidənqurma çərçivəsində bəzi işçilərin vəzifələri dəyişdiriləcək, bir qismi başqa yerlərə köçürüləcək, digərləri isə işdən azad ediləcək. Şirkət bütün dəyişikliklərin eyni formada həyata keçirilməyəcəyini bildirib.
Canva-nın həmtəsisçisi və baş icraçı direktoru Melanie Perkins şirkətin 13 illik tarixində ən çətin mərhələlərdən birindən keçdiyini deyib. O, son illərdə sürətli inkişaf edən şirkətin artım tempinin ilk dəfə zəiflədiyini qeyd edib.
Yenidənqurma çərçivəsində Sidneydəki ofisin əsas iş mərkəzinə çevrilməsi və əməkdaşların həftədə bir neçə gün ofisdə işləməsi də nəzərdə tutulur. İşdən ayrılan əməkdaşlara kompensasiya və dəstək paketləri təqdim ediləcəyi bildirilir.
Mənbə: ABC News
