yeni qan qrupu, MAL sistemi, tibb kəşfləri, transfuziya təhlükəsizliyi, elm innovasiyaları
Dünya

İngiltərədə 20 mindən çox insan yeni xərçəng qan testi üzrə sınağa cəlb olunacaq

Bugun.Tv xəbər verir ki, İngiltərədə bir neçə növ xərçəngin daha erkən aşkarlanmasına kömək edə biləcək yeni qan analizinin sınaqlarına başlanılır. Layihə çərçivəsində ölkənin 200 ailə həkimi məntəqəsindən 20 mindən çox pasiyentin iştirakı nəzərdə tutulur.

Britaniya hökumətinin məlumatına görə, sınaqda əsasən 45 yaşdan yuxarı, səbəbi aydın olmayan davamlı ağrı, qarında köp və digər şikayətləri olan şəxslər iştirak edəcəklər.

Yeni analiz qaraciyər, yumurtalıq, mədəaltı vəzi, mədə və bağırsaq xərçəngi kimi xəstəliklərin əlamətlərini qanda müəyyənləşdirməyə yönəlib. Məqsəd hazırda diaqnozu çətin qoyulan bəzi xərçəng növlərini daha erkən mərhələdə aşkar etmək imkanlarını yoxlamaqdır.

Mütəxəssislər vurğulayırlar ki, bu, hələ sınaq mərhələsində olan üsuldur. Testin nəticələri onun nə dərəcədə dəqiq olduğunu və gələcəkdə geniş şəkildə səhiyyə sisteminə daxil edilməsinin məqsədəuyğunluğunu müəyyənləşdirməyə kömək edəcək.

Mənbə: BBC News

Aynur Camal

Oxşar xəbərlər

Demokratların qələbəsindən sonra Ağ Evdən Trampla bağlı diqqətçəkən paylaşım

Aynur Camal

Kanadada süd niyə plastik paketlərdə satılır?

Aynur Camal

Canva şirkətində genişmiqyaslı yenidənqurma aparılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu