Dünya

CENTCOM: 6 İran qayığı batırıldı

Bugun.tv xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı United States Central Command (CENTCOM) İranın Hörmüz boğazı bölgəsində ABŞ hərbi gəmiləri və ticarət gəmilərinə hücum etdiyini açıqlayıb.

CENTCOM-un məlumatına görə, Iran tərəfindən raketlər, pilotsuz uçuş aparatları və dəniz vasitələri ilə həyata keçirilən hücumların hamısı zərərsizləşdirilib. Bildirilib ki, ABŞ qüvvələri sivil gəmilərə təhlükə yaradan İranın 6 qayığını vuraraq batırıb.

Hadisə ilə bağlı açıqlama verən CENTCOM komandanı admiral Brad Cooper qeyd edib ki, İranın hücum cəhdləri bölgədə gərginliyi artırıb və ABŞ qüvvələri buna cavab verib.

İran tərəfi isə ABŞ-a məxsus hərbi gəminin Hörmüz boğazında “radarını söndürərək yaxınlaşdığını” və uyarılara məhəl qoymadığını iddia edib. İran mətbuatında yayılan məlumatlarda gəmiyə xəbərdarlıq məqsədli raket və dronlarla cavab verildiyi bildirilib.

ABŞ tərəfi isə daha əvvəl İranın raket hücumu iddialarını təkzib etmişdi.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

Aynur Camal

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu