Ceyhun Məmmədov, Xocalı soyqırımı 26 fevral, 613 şəhid, Heydər Əliyev qərarı 1994, Xocalıya ədalət kampaniyası, Leyla Əliyeva təşəbbüsü, İslam Əməkdaşlıq Təşkilatı qərarı, Qarabağ müharibəsi
Baş xəbərSosial

Ceyhun Məmmədov: Müəllimin geyimi məktəbin nüfuzuna və peşə etikasına uyğun olmalıdır

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı qanunvericiliyə təklif edilən dəyişiklikləri dəstəklədiyini bildirib. Deputat bu barədə sosial media hesabında paylaşım edib.

Ceyhun Məmmədov qeyd edib ki, qanun layihəsində müəllimlər üçün vahid məktəb formasının tətbiqi nəzərdə tutulmur. Onun sözlərinə görə, məqsəd müəllimlərin məktəbə gələrkən peşə etikasına və təhsil mühitinə uyğun geyim prinsiplərinin hüquqi əsasının yaradılmasıdır.

Deputat vurğulayıb ki, müəllim cəmiyyətdə ən nüfuzlu peşə sahiblərindən biridir və şagirdlər üçün yalnız biliyi ilə deyil, davranışı, nitqi və xarici görünüşü ilə də nümunə olmalıdır. O bildirib ki, söhbət insanların geyim seçiminə müdaxilə etməkdən yox, məktəbin özünəməxsus dəyərlərinə və təhsil mühitinin tələblərinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasından gedir.

Ceyhun Məmmədovun fikrincə, müəllimlər məktəbə həddindən artıq qısa, açıq-saçıq və ya təhsil mühitinə uyğun gəlməyən geyimdə gəlməməlidirlər. O hesab edir ki, təklif edilən dəyişiklik müəllimlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşımır, əksinə, məktəblərdə peşəkar iş mühitinin, nizam-intizamın və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət edir.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Elnarə Dərziyeva

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu