Yunanıstanın müxtəlif bölgələrində eyni vaxtda meşə və kolluq ərazilərdə yanğınlar başlayıb. Yanğınlar Viotiya vilayətinin Tarsu bölgəsindəki kənd təsərrüfatı və meşə sahələrində, Saloniki yaxınlığındakı Kalamoto-Lanqada ərazisində, eləcə də Midilli adasının Kalo Limanı bölgəsində qeydə alınıb.
Yunanıstan mətbuatının yaydığı məlumata görə, alovun söndürülməsi üçün hadisə yerlərinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Əməliyyatlara həm havadan, həm də qurudan müdaxilə edilir. Hazırda yanğınların yaşayış məntəqələrini təhdid etmədiyi bildirilsə də, aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
Yay mövsümündə yüksək temperatur və quraqlıq səbəbindən Yunanıstanda meşə yanğınlarının başvermə riski əhəmiyyətli dərəcədə artır. Səlahiyyətli qurumlar sakinləri ehtiyatlı olmağa çağırır və yanğınların yayılmasının qarşısını almaq üçün monitorinq işlərinin davam etdirildiyini bildirirlər.
Mənbə: Trt.haber

