Baş xəbərSosial

Ceyhun Məmmədov: Öz qapısını süpürüb zibilləri qonşunun qapısına tökmək məharət deyil

Bugun.tv xəbər verir ki, deputat Ceyhun Məmmədov sosial media hesabında şəhər təmizliyi, ictimai məkanlara münasibət və cəmiyyətdə mənəvi məsuliyyət məsələləri ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, insanların əksəriyyəti təmiz küçələr, səliqəli binalar, təmiz ictimai nəqliyyat, zibilsiz parklar və tullantılardan uzaq sahillər arzulayır. Lakin onun sözlərinə görə, təmizlik yalnız aidiyyəti qurumların deyil, hər bir insanın gündəlik davranışından asılıdır.

Ceyhun Məmmədov qeyd edib ki, insanlar bəzən kağız, salfet və plastik qabları yerə atır, ictimai məkanları çirkləndirir və istifadə etdikləri əşyaları dəniz sahilində və parklarda saxlayaraq gedirlər.

Deputat xüsusilə insanların öz evlərini və həyətlərini təmizlədikdən sonra topladıqları zibilləri ümumi ərazilərə və qonşularının qapısına atmasını tənqid edib.

“Öz qapısını süpürüb zibili qonşunun qapısına tökmək təmizlik deyil. Bu, sadəcə problemi özündən uzaqlaşdırmaqdır”, – deyə Ceyhun Məmmədov vurğulayıb.

O bildirib ki, təmizlik mədəniyyəti insanın evindən başlamalı, lakin evin qapısında bitməməlidir. Onun sözlərinə görə, hər kəs yaşadığı binaya, küçəyə, parka, ictimai nəqliyyata və təbiətə öz mülkü kimi məsuliyyətlə yanaşmalıdır.

Ceyhun Məmmədov paylaşımında mənəvi təmizliyin də fiziki təmizlik qədər vacib olduğunu qeyd edib. Deputat hesab edir ki, yalan, böhtan, hörmətsizlik, başqasının haqqını tapdalamaq və insanları alçaltmaq cəmiyyətin mənəvi mühitini çirkləndirir.

“Çünki təmiz cəmiyyət yalnız təmiz küçələrdən ibarət deyil. Təmiz cəmiyyətin həm küçələri, həm də vicdanı təmiz olmalıdır”, – deyə deputat yazıb.

O, uşaqlara yalnız zibilləri yerə atmamağı deyil, həmçinin başqalarını incitməməyi, haqqına girməməyi, yalan danışmamağı və insanlara hörmət etməyi öyrətməyin vacibliyini vurğulayıb.

Deputat sonda insanları həm yaşadıqları məkanı, həm də cəmiyyəti öz davranışları ilə daha təmiz və sağlam saxlamağa çağırıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya KİV vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır

Aynur Camal

Vüqar Bayramov: “Dövlət auditi” informasiya sistemi şəffaflığı artıracaq

Aynur Camal

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu