Digər

Ceyhun Məmmədov Yel çərşənbəsi münasibətilə vətəndaşları təbrik edib

Milli Məclisin deputatı Ceyhun Məmmədov Yel çərşənbəsi münasibətilə vətəndaşları təbrik edib. Deputat bununla bağlı fikirlərini öz sosial media hesabında paylaşıb.

Deputat bildirib ki, bu gün Novruz bayramının müjdəçisi sayılan Yel çərşənbəsi qeyd olunur. Onun sözlərinə görə, xalq inanclarına əsasən, Yel çərşənbəsi təbiətin oyanışını, havanın dəyişməsini və baharın gəlişini xəbər verir.

Ceyhun Məmmədov qeyd edib ki, bu gün yenilənmənin, ümidin və həyatın canlanmasının rəmzi kimi xüsusi məna daşıyır.

Deputat paylaşımında vətəndaşlara müraciət edərək bildirib: “Yel çərşənbəsi münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”.

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu