Image default
Baş xəbər

Ceyhun Məmmədov: 15 İyul Türkiyə xalqının iradə və həmrəyliyinin simvoludur

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş Türkiyə xalqını təbrik edib.

Deputat sosial media hesabındakı paylaşımında bildirib ki, 15 İyul Türkiyə xalqının dövlətçiliyinə, milli iradəsinə və demokratiyasına sahib çıxaraq tarix yazdığı şərəfli gündür. Onun sözlərinə görə, həmin gün nümayiş etdirilən qətiyyət, birlik və həmrəylik qardaş Türkiyənin gücünü, xalqının Vətənə bağlılığını və dövlətinə sədaqətini bütün dünyaya nümayiş etdirib.

Ceyhun Məmmədov həmçinin qeyd edib ki, bu əlamətdar gündə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilir, qazilərin fədakarlığı isə daim yüksək qiymətləndirilir.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” prinsipi bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasi iradəsi ilə uğurla davam etdirilir. O bildirib ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik, qarşılıqlı etimad və qardaşlıq münasibətləri hər keçən gün daha da möhkəmlənərək bütün Türk dünyası üçün nümunə təşkil edir.

Ceyhun Məmmədov paylaşımında qardaş Türkiyə xalqına əmin-amanlıq, rifah, davamlı inkişaf və yeni uğurlar arzulayaraq 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbriklərini çatdırıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət daşıyır

Aynur Camal

Deputat Vüqar Bayramov: Azərbaycan–Slovakiya əməkdaşlığı Avropa ilə iqtisadi əlaqələri daha da gücləndirəcək

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan beynəlxalq yükdaşımalarından gəlirlərini iki dəfə artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu